Azərbaycanın magistral qaz kəmərləri ilə nəqletmə 1%-ə qədər artıb

Azərbaycanın magistral qaz kəmərləri ilə nəqletmə 1%-ə qədər artıb
# 16 may 2018 13:42 (UTC +04:00)

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 8 112,4 mln. kubmetr qaz nəql edilib.

Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu, əvvəlki ilin müvafiq dövrünə nisbətən 0,9% artım deməkdir.

Qazın nəqlinin 29,5%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 2391,3 mln. kubmetr qaz ötürülüb ki, bu da ötən ilin yanvar-aprel ayları ilə müqayisədə 6,39% azdır.

Qeyd edək ki, 2017-ci ilin yanvar-aprel aylarında Azərbaycanın magistral qaz kəmərləri ilə 8036,2 mln. kubmetr qaz nəql edilib. Ötən ilin 4 ayı ərzində qazın nəqlinin 31,8%- Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 2554,6 mln. kubmetr qaz ötürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR