Türkiyədə mədəndə uçqun zamanı itkin düşmüş daha bir nəfərin meyiti tapılıb

Türkiyədə mədəndə uçqun zamanı itkin düşmüş daha bir nəfərin meyiti tapılıb
# 27 noyabr 2016 23:15 (UTC +04:00)

Türkiyədə mis mədənində baş vermiş uçqun nəticəsində itkin düşən daha bir nəfərin meyiti tapılıb.

APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, noyabrın 17-də Siirt vilayətinin Şirvan rayonunda mis mədənində baş verən uçqun nəticəsində dağıntılar altında qalan fəhlələrin axtarışı üzrə əməliyyat davam edir.

Noyabrın 27-də itkin düşmüş daha bir nəfərin, 28 yaşlı fəhlənin meyiti tapılıb

Uçqunun altında daha 4 nəfərin qaldığı bildirilir. Qeyd olunduğu kimi, bundan əvvəl axtarış əməliyyatı nəticəsində 11 fəhlənin meyiti tapılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR