Qətldə və digər cinayətdə təqsirləndirilən sabiq polis əməkdaşının və digərlərinin məhkəməsi başlayıb

 Qətldə və digər cinayətdə təqsirləndirilən sabiq polis əməkdaşının və digərlərinin məhkəməsi başlayıb
# 08 sentyabr 2015 16:06 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl və quldurluq cinayətləri törətməkdə təqsirli bilinən Şakir Orucov, Röyal Əhmədov, Rəşad Tağıyev, Rəhim Səttarovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

APA-nın məlumatına görə, prosesdə təqsirləndirilən şəxslər ifadə veriblər. Onlar özlərini təqsirli bildiklərini deyiblər. Məhkəmə prosesi sentyabrın 17-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər Nəsibə Axundovanı öldürüb evini qarət etməkdə təqsirləndirilirlər.

Onu da qeyd edək ki, Şakir Orucov Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin Mühafizə Şöbəsinin polis nəfəri vəzifəsində işləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR