Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 30 İyun - VİDEO

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 30 İyun - <span style="color: red;">VİDEO
# 30 iyun 2015 17:22 (UTC +04:00)

Avropa İttifaqı daha bir ilk imza atır, ilk dəfə olaraq ittifaqa daxil ölkə rəsmən defolt elan edilir. Yunanıstanın defolt vəziyyətinə düşməsi Avropa İttifaqının siyasi ittifaq kimi imicinə dəyən ən böyük zərbədir. Bu hadisə ittifaqın əsaslarının kövrək olduğunu, gələcəyinin sual altında olduğunu ortaya qoydu. Defolt - ikili standartlar siyasətinin bumeranq kimi qayıdaraq Avropa İttifaqına dəyməsidir. Ən təhlükəli ehtimal isə budur - Yunanıstanda baş verən hadisələr domino prinsipi ilə digər ittifaq ölkələrinə sirayət edəcək. Defoltda günahkar tək Afinaya dəstəyi əsirgəyən Avropa İttifaqıdırmı? Əslində yox. Yunanıstanı həm də Qərblə Rusiya arasında gedən gizli müharibənin qurbanı saymaq olar. İki güc arasında balanslaşdırma apara bilməyən Yunanıstan yürütdüyü yanlış siyasətin qurbanı oldu. Yanlışlıq tərəflərdən birinə arxalanıb, digərinə meydan oxumaqda deyildi, Afinanın səhvi həm Qərb, həm Rusiyanı xilaskar gözündə görmək, ikisindən birinin dəstəyi ilə ayaq üstə dura biləcəyini düşünmək idi. Dünyada gedən ağır iqtisadi böhran fonunda nə Qərbin, nə Rusiyanın çökməkdə olan Yunanıstana dayaq olacağı real deyil, defolt isə reallığı dəyərləndirə bilməməyin nəticəsidir. Yunanıstandakı defoltun dünya iqtisadiyyatına təsiri ağır olacaq. Əsas təsir isə sözsüz ki, neftin ucuzlaşması, dolların isə dəyər qazanması olacaq. Bu mənada defoltdan udan tərəf də var, Yunanıstanında baş verənlər uzun müddətdir neftin qiymətlərini ucuzlaşdırmaq, dolları bahalaşdırmaq siyasəti yürüdən ABŞ-ın maraqlarına tam cavab verir... Bu defolt Avropa İttifaqının uduzduğu, Rusiyanın nisbi qalib gəldiyi, ABŞ-ın isə mütləq qalib olduğu bir prosesdir...

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR