“AzerGold” və ADA Universiteti əməkdaşlıq memorandumu imzalayıblar

“AzerGold” və ADA Universiteti əməkdaşlıq memorandumu imzalayıblar
# 03 aprel 2018 14:04 (UTC +04:00)

“AzerGold” QSC və ADA Universiteti tələbələrin karyera hazırlığına dəstək olmaq, kadrların peşəkar inkişafı, tələbəyönümlü və digər tədqiqat layihələrinə töhfə vermək məqsədi ilə əməkdaşlıq memorandumu imzalayıblar.

APA-Economics” xəbər verir ki, ADA Universitetində baş tutan görüşdə Universitetin rektoru Hafiz Paşayev və “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakir İbrahimov əməkdaşlıq ətrafında geniş fikir mübadiləsi apararaq birgə fəaliyyətin hər iki tərəf üçün uğurlu olacağına əmin olduqlarını bildiriblər.

Qeyd edək ki, əməkdaşlıq memorandumu ADA Universitetinin Fondu və “Karyera İdarəetmə Mərkəzi” ilə əməkdaşlıq, Universitetin ixtisasartırma proqramları vasitəsilə ”AzerGold” QSC-nin əməkdaşları üçün peşəkar inkişaf proqramlarının təşkil olunması, birgə tədqiqat layihələrinin keçirilməsi tədbirlərini əhatə edəcək.

“AzerGold” QSC əlvan metal sənayesinin davamlı və dayanıqlı inkişafını təmin etmək üçün kadr potensialının möhkəmləndirilməsinə böyük önəm verir. Bu məqsədlə həyata keçirilən tədbirlər çərçivəsində Cəmiyyət artıq Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti ilə müxtəlif sahələrdə geniş əməkdaşlıq edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR