Azərbaycanda qızıl hasil edən xarici şirkət 4 mln. dollarlıq kredit borcunu tam ödəyib

Azərbaycanda qızıl hasil edən xarici şirkət 4 mln. dollarlıq kredit borcunu tam ödəyib
# 03 aprel 2018 14:05 (UTC +04:00)

Azərbaycanda qızıl yataqlarının işlənməsi üzrə operator olan Böyük Britaniyanın “Anglo Asian Minning” şirkətin prezidenti və baş icraçı direktoru Reza Vəziridən cəlb etdiyi krediti tam qaytarıb.

Bu barədə “APA-Economics”ə şirkətdən məlumat verilib.

Məlumata görə, şirkətin Reza Vəziridən cəlb etdiyi 4 mln. dollar məbləğində kreditin müddəti 2019-cu ilin yanvarın 8-dək qüvvədə olmalı idi. İllik faiz dərəcəsi 7% olan kreditə görə qalan 3,9 mln. dollarlıq borc bu ilin martın 29-da bağlanıb.

Xatırladaq ki, 2015-ci ildə cəlb edilən kreditin müddəti bir neçə dəfə uzadılıb. Sonuncu dəfə kreditin müddəti 2019-cu ilin yanvarın 8-dək uzadılmışdı.

Qeyd edək ki, "Anglo Asian Mining" 1997-ci ildən etibarən Azərbaycanda fəaliyyət göstərir. Həmin dövrdə imzalanan PSA müqaviləsinə əsasən, şirkət ölkə ərazisində 6 qızıl yatağında hasilat işləri aparır. PSA müqavilədə "Anglo Asian Mining" 49%-lik paya malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR