® Nikoil Bank işə qəbul elan edib

<font color=red>® </font>  Nikoil Bank işə qəbul elan edib
# 16 avqust 2017 10:07 (UTC +04:00)

Nikoil Bank işə qəbul elan edib. Bank Marketinq şöbəsinə mütəxəssis axtarır.

Vakansiya: Marketinq şöbəsinin mütəxəssisi

VƏZİFƏLƏRİ:

• Marketinq, reklam və stimullaşdırma tədbirlərinin idarə olunması və həyata keçirilməsi;
• Mövcud və gələcək məhsullara qarşı bazar tələblərinin müəyyənləşdirilməsi;
• Alıcıların tədqiqi, cari bazar vəziyyəti və rəqiblər barədə məlumatların analizinin hazırlanması;
• Yeni və mövcud məhsullar üzrə marketinq planlarının və layihələrinin işlənilməsi və həyata keçirilməsi;
• Müştəri bazası, mövcud məhsul və xidmətlərin analiz prosesinin təşkilinə nəzarət edilməsi;
• Reklamların sifarişinə, hazırlanmasına nəzarət edilməsi;
• Məhsul və xidmətlərin reklam və inkişafı işinin təşkil edilməsi;
• Bankın rəsmi saytının və sosial şəbəkələrdəki səhifələrinə məlumatların əlavə edilməsi və aktual vəziyyətdə saxlanılması; • Filiallarda olan marketinq və satış bölmələrinin fəaliyyətini mərkəzi olaraq koordinasiya edilməsi, aylıq satış hesabatlarının hazırlanmas və təhlili
• Bankın sosial məsuliyyətli layihələrinin kordinasiya olunması;

TƏLƏBLƏR:

• Ali təhsil
• Marketinq sahəsində 2 ildən az olmayan təcrübə (bank sahəsində təcrübəsi olanlara üstünlük veriləcək)
• Analitik və kreativ düşünmə tərzi
• Təqdim etmə bacarığı
• Ünsiyyət qurmaq və danışıqlar aparmaq

• Digital marketinq sahəsində geniş təcrübəyə malik olmaq

• SMM sahəsində geniş təcrübəyə malik olmaq
• MS Office-də işləmək bacarığı
• Azərbaycan və rus dilində sərbəst danışmaq bacarığı (ingilis dilini bilənlərə üstünlük veriləcək)

Əlaqə yaratmaq üçün email ünvanı [email protected]

Email göndərilərkən mövzu hissəsinə Marketinq şöbəsinin mütəxəssisi başlığı yazılmalıdır.

Son tarix: 31.08.2017

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR