2019-cu ildə yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatı tətbiq olunacaq

 2019-cu ildə yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatı tətbiq olunacaq
# 07 may 2018 10:45 (UTC +04:00)

"2019-cu ildən Azərbaycanda yeni nəsil şəxsiyyət vəsiqələrində elektron imza sertifikatının tətbiqi nəzərdə tutulub".

"APA-Economics" xəbər verir ki, bu barədə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Məlumat Hesablama Mərkəzinin marketinq şöbəsinin müdiri Ceyhun Məmmədov "Mobil elektron imza" layihəsinin təqdimatında deyib.

O bildirib ki, bu, elektron imzanın kütləviləşməsinə gətirib çıxaracaq: "Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu sahədə daim təkmilləşdirmə işləri həyata keçirir. Nazirlik vətəndaşların rahat şəkildə xidmətlərdən yararlanmaları üçün şərait yaratmaqda davam edir".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR