Azərbaycan bir il ərzində təbii qaz ixracını 22%, elektrik enerjisini isə 47%-ə qədər azaldıb

Azərbaycan bir il ərzində təbii qaz ixracını 22%, elektrik enerjisini isə 47%-ə qədər azaldıb
# 21 iyul 2015 09:20 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. Azərbaycan Dövlət Gömrük Komitəsi yanvar-iyun ayları üçün təbii qaz və elektrik enerjisinin ixracı haqqında məlumatları açıqlayıb.

APA-Economics”in Dövlət Gömrük Komitəsinin statistik məlumatlarına istinadən verdiyi məlumata görə, bu ilin 6 ayında gömrük bəyannamələri əsasında 143 883,90 min ABŞ dolları dəyərində 895 927,62 min kubmetr təbii qaz ixrac olunub.

Belə ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 21,79% azdır. Məbləğ dəyərində isə bu rəqəm 26,71% dəfə azdır.

Bu ilin 6 ayı ərzində 11 714,90 min dollar dəyərində 192 250,80 min kVt/s elektrik enerjisi ixrac edilib. Bu, ötən ilin analoji dövrü ilə müqayisədə 46,61% azdır. Məbləğ dəyərində isə bu rəqəm 31,82% azdır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR