“Narkomanlığa qarşı mübarizə” mövzusunda gənc jurnalistlər arasında müsabiqə elan edilib

“Narkomanlığa qarşı mübarizə” mövzusunda gənc jurnalistlər arasında müsabiqə elan edilib
# 03 aprel 2018 08:31 (UTC +04:00)

Gənclər və İdman Nazirliyi Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu ilə birgə “Narkomanlığa qarşı mübarizə” mövzusunda gənc jurnalistlər arasında ən yaxşı müəllif yazıları müsabiqəsini elan edib.

İşçi Qrupundan APA-ya verilən məlumata görə, müsabiqənin keçirilməsində məqsəd KİV-də sağlam həyat tərzinin təbliğ olunması və beləliklə ictimaiyyətin, xüsusilə də gənclərin bu sahədə məlumatlılığını artırmaq, gənc jurnalistlərə öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmək üçün şərait yaratmaqdan ibarətdir.

Müsabiqədə 18-29 yaş həddində olan jurnalistlər iştirak edə bilərlər. Müsabiqə “Gənclər arasında narkotik maddə istifadəsinin qarşısının alınması”, “Narkotik vasitələrin və psixotrop maddələrin istifadəsinin qarşısının alınmasında sosial tərəfdaşlıq” və “Narkomaniya problemlərinə ictimai diqqətin cəlb edilməsi” nominasiyaları üzrə keçirilir. Müsabiqəyə 1 yanvar – 10 may tarixlərində mətbuatda dərc olunmuş materiallar təqdim edilə bilər. Müsabiqədə hər nominasiya üzrə I, II və III birinci yerə layiq görülmüş jurnalistlərə müvafiq olaraq 300 manat, 200 manat və 100 manat mükafat və diplomlar təqdim olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR