İtaliya A seriyasının 24-cü turu çərçivəsində keçirilən “Fiorentina” – “Yuventus” matçı Canluici Buffon üçün əlamətdar olub.
Apasport.az saytının məlumatına görə, Turin klubunun əfsanəvi qapıçısı doğma komandasında yubiley oyununa çıxıb.
Belə ki, “Fiorentina” ilə qarşılaşmada Buffon A seriyasında 500-cü dəfə forma geyinib.
Qeyd edək ki, “Yuventus” rəqibini 2:0 hesabı ilə məğlub edib.