Sabirabadda minik avtomobili yük maşını ilə toqquşub

Sabirabadda minik avtomobili yük maşını ilə toqquşub
# 01 aprel 2017 15:26 (UTC +04:00)

Sabirabad rayonunda minik avtomobili yük maşını ilə toqquşub.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Sabirabad rayonu, Şıxlar kəndində vətəndaşlara məxsus “KamAZ” markalı yük və “VAZ” markalı minik avtomobillərinin toqquşması ilə nəticələnən yol qəzası baş verib. Dərhal Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən-xilasediciləri hadisə yerinə cəlb olunaraq minik avtomobilində sıxılmış vəziyyətdə qalmış sürücünü çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR