Azərbaycan və Polşa xarici işlər nazirlərinin görüşü keçirilib - YENİLƏNİB

Azərbaycan və Polşa xarici işlər nazirlərinin görüşü keçirilib - <span style="color: red;">YENİLƏNİB
# 18 oktyabr 2017 12:24 (UTC +04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Polşanın xarici işlər naziri Vitold Vaşçikovski ilə görüşüb.

XİN-nin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüşdə iki ölkə arasında münasibətlərin hazırkı səviyyəsi, gündəlikdə olan məsələlər, habelə müqavilə-hüquq bazası və baxılmaqda olan sənədlərin vəziyyətinə nəzər salındı və yüksək səviyyəli qarşılıqlı səfərlərin əməkdaşlığın genişləndirilməsi baxımından önəmi vurğulanıb.

Nazirlər iki ölkə arasında Hökumətlərarası birgə Komissiya, Azərbaycan-Polşa parlamentlərarası əlaqələr üzrə işçi qrupun fəaliyyətinə, o cümlədən XİN-lərarası siyasi məsləhətləşmələrə toxunub, müxtəlif formatlarda əməkdaşlıq formalarının intensivləşdirilməsinin vacibliyini qeyd ediblər.

Tərəflər, həmçinin, beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən Avropa İttifaqı, xüsusən də Şərq Tərəfdaşlığı proqramı, NATO, ATƏT, habelə Vişeqrad qrupu çərçivəsində əməkdaşlığı təqdir ediblər.

Nazirlər regional enerji və nəqliyyat layihələri, o cümlədən Xəzər dənizinin Azərbaycan sektorundan hasil edilən neft və qazın Avropaya nəqli, eyni zamanda Şimal-Cənub, Şərq-Qərb nəqliyyat marşrutlarının imkanları, iqtisadi və vaxt baxımından üstünlükləri ilə bağlı fikir mübadiləsi aparıblar.

E. Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində cari vəziyyətdən danışıb.

Görüşdə vurğulanıb ki, gələn il Azərbaycanda Polşa məskənlərinin salınmasının 100 illiyi qeyd olunacaq və bu xüsusda, bir sıra ictimai-mədəni tədbirlərin keçirilməsi üçün birgə fəaliyyət proqramı üzərində iş gedir. Eyni zamanda, Polşa prezidenti Andjey Dudanın Azərbaycana səfər edəcəyinə dair məlumat verilib.

Nazirlər humanitar, turizm, mülki aviasiya və digər qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlıq, o cümlədən Yaxın Şərqdəki vəziyyət və miqrant məsələlərinə dair fikir mübadiləsi aparıblar.

***

11.39

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla Polşa xarici işlər naziri Vitold Vaşçikovski arasında görüş başlayıb.

APA-nın məlumatına görə, görüş hazırda təkbətək keçirilir, daha sonra geniş tərkibdə davam edəcək.

Görüşün sonunda tərəflər mətbuata bəyanatla çıxış edəcəklər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR