Azərbaycanlı xanım bankir EBRD-nin Tacikistan ofisinin rəhbəri təyin olunub

Azərbaycanlı xanım bankir EBRD-nin Tacikistan ofisinin rəhbəri təyin olunub
# 28 mart 2017 15:24 (UTC +04:00)

Azərbaycanlı mütəxəssis Avropa Yenidənqurma və İnkişaf Bankının (European Bank for Reconstruction and Development, EBRD) Tacikistan nümayəndəliyinin rəhbəri təyin olunub. "APA-Economics" bankın saytında yer alan məlumata istinadən xəbər verir ki, bu vəzifə Aytən Rüstəmovaya həvalə olunub.

O, bu vəzifədə Riçard Counzu (Richard Jones) əvəzləyib. Öz növbəsində R.Counz EBRD-nin baş ofisinə təyinat alıb.

Qeyd edək ki, A.Rüstəmova 2001-ci ildən etibarən ERBD-də çalışır. Onun sonuncu vəzifəsi EBRD-nin Bakı ofisinin baş bankiri olub.

"Mən EBRD-nin Tackistandakı fəaliyyətinə töhfə vermək üçün səbrsizlənirəm", - deyə o bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR