Azərbaycan əhalisi nağd avro alışını 15%-dən çox azaldıb

Azərbaycan əhalisi nağd avro alışını 15%-dən çox azaldıb
# 30 dekabr 2019 17:00 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Azərbaycandakı banklar tərəfindən əhaliyə satılan nağd avro kütləsinin həcmi 530 696,2 min avro təşkil edib ki, bu da 2018-ci ilin eyni dövrünə nisbətən 94 532,3 min avro və ya 15,1% azdır.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankının dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalara görə, cari ilin noyabr ayında ölkə əhalisi tərəfindən 43 671,7 min avro alınıb. Bu, oktyabr ayına nisbətən 15 284,1 min avro və ya 25,9% az, cari ilin yanvar ayına nisbətən isə 15 736 min avro və ya 26,5% azdır. Ötən ay əhali tərəfindən avro alışı 2018-ci ilin analoji ayı ilə müqayisədə 26 334,7 min avro və ya 37,6% azalıb.

Bundan başqa, yanvar-noyabrda ölkə əhalisinin banklara satdığı nağd avro kütləsinin ümumi həcmi 201 153 min avro təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünə nisbətən 11 572 min avro və ya 5,4% azdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR