SOCAR və "Petronas" arasında “Qarşılıqlı anlaşma haqqında Memoranduma əlavə” imzalanıb - FOTO

SOCAR və "Petronas" arasında “Qarşılıqlı anlaşma haqqında Memoranduma əlavə” imzalanıb - <span style="color: red;">FOTO
# 03 sentyabr 2015 12:55 (UTC +04:00)

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, qonaq ölkəmizdə investisiya üçün əlverişli mühit olduğunu qeyd edib, SOCAR-la əməkdaşlığın rəhbərlik etdiyi şirkət üçün mühüm əhəmiyyət daşıdığını vurğulayıb. Görüşdə “Şahdəniz” layihəsində “Statoil”un payının “Petronas” tərəfindən alındığı xatırlanıb.

R. Abdullayev qonaqlara “Şahdəniz” və Cənub Qaz Dəhlizi layihələrinin gedişi haqqında ətraflı məlumat verib. Bildirilib ki, “Şahdəniz” yatağının işlənilməsinin ikinci mərhələsi və boru kəmərlərinin inşası layihələri üzrə işlər qrafikə uyğun şəkildə uğurla davam etdirilir. Görülən işlər əminlik yaradır ki, 2018-ci ildə ilk qaz həcmlərinin Türkiyəyə ötürülməsi mümkün olacaq.


D. Ariff iki şirkət arasında əlaqələrin daha da genişləndirilməsində maraqlı olduqlarını bildirib.

SOCAR prezidenti isə öz növbəsində Azərbaycanın neft-qaz sənayesində əməkdaşlıq üçün geniş imkanların mövcud olduğunu vurğulayıb, ölkəmizdə investisiyaların təhlükəsizliyinə tam təminat verildiyini qonaqların diqqətinə çatdırıb.

Görüşün sonunda SOCAR və “Petronas” arasında “Qarşılıqlı anlaşma haqqında Memoranduma əlavə” imzalanıb. Sənədi R. Abdullayev və D. Ariff imzalayıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR