Bülənt Korkmaz Bakıya gəlib

Bülənt Korkmaz Bakıya gəlib
# 17 noyabr 2016 12:03 (UTC +04:00)

Türkiyə futbolunun əfsanələrindən olan Bülənt Korkmaz yenidən Bakıya gəlib. Apasport.az saytının məlumatına görə, bunu B. Korkmaz özü açıqlayıb.

Sosial şəbəkədə paytaxtımızdan şəkil paylaşan Korkmaz Azərbaycana münasibətini yazısı ilə nümayiş etdirib: “Qardaş ölkə Azərbaycan”.

“Qalatasaray” və Türkiyə millisindəki futbolçu karyerasının ardından uğursuz məşqçi fəaliyyəti ilə tanınan Korkmaz 2009/10 mövsümünün gedişində “Bakı”nı çalışdırıb. Həmin vaxtdan ölkəmizdə əlaqələri möhkəmlənən çalışdırıcının şəxsi işləri üçün gəldiyi ehtimal edilir.

Qeyd edək ki, Korkmazın son iş yeri bu il ayrıldığı “Mersin İdman Yurdu” olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR