Xanlar Vəliyev: “Ermənilərin törətdiyi cinayətlərlə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir”

Xanlar Vəliyev: “Ermənilərin törətdiyi cinayətlərlə bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir”
# 26 yanvar 2018 09:07 (UTC +04:00)

Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev ermənilərin azərbaycanlılara qarşı törətdiyi cinayət işlərinin istintaqından danışıb.

X. Vəliyev Hərbi Prokurorluqda keçirilən kollegiya iclasında Xocalı, Qaradağlı, Meşəli, Bağanis-Ayrım faciələri, terror, habelə əsir düşmüş şəxslərə işgəncə verilməsi və Ermənistan silahlı qüvvələrinin törətdikləri digər cinayət əməlləri ilə bağlı hərbi prokurorluqda aparılan istintaq barədə kollegiya iştirakçılarına məlumat verərək bildirib ki, həmin cinayət işi üzrə hazırda intensiv istintaq-əməliyyat tədbirləri davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR