Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında müasir heykəltaraşlığın atası kimi tanınan məşhur rumın heykəltaraşı Konstantin Brankuzinin işlərindən ibarət foto-sərgi təşkil olunub.
APA-nın xəbərinə görə, sərginin açılış mərasimində çıxış edən Rumıniyanın Azərbaycandakı səfiri Dan İanku bildirib ki, hər il 15 yanvar günü rumıniyalılar milli mədəniyyət günlərini qeyd edirlər. Həmin gün dahi rumın şairi Mihai Eminesku anadan olub. Bu gün münasibətilə "Konstantin Brankuzi -Zaman üzərində tağ" adlı fotosərgi təşkil olunub.
Səfir deyib ki, sərgidə heykəltəraşın ən məşhur işləri arasından seçilmiş 25-ə yaxın əsər nümayiş olunur.
Sərginin əsas məqsədi Azərbaycan və Rumıniya arasındakı mədəni əlaqələri möhkəmləndirmək və daha da inkişaf etdirməkdir.
Bakıda məşhur rumıniyalı heykəltaraşın işlərindən ibarət foto-sərgi təşkil olunub
15 yanvar 2018 09:15 (UTC +04:00)
Sosial
Zəngilanda III beynəlxalq humanitar minatəmizləmə konfransı keçirilir - FOTO
10:53
30 may 2024
DİM sədri: Dövlət qulluğunda səriştə modelinə keçid bir il ərzində təmin olunacaq
10:33
30 may 2024
İyunun 2-də 36 minə yaxın abituriyent qəbul imtahanı verəcək
10:29
30 may 2024
Buzovna neft terminalı çənlər parkında yanğın-taktiki təlimi keçirilib - VİDEO
10:18
30 may 2024