Qulam İshaqzai: “BMT dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün Azərbaycan hökumətinə yardım edəcək”

Qulam İshaqzai: “BMT dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün Azərbaycan hökumətinə yardım edəcək”
# 08 dekabr 2016 08:45 (UTC +04:00)

“BMT dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün Azərbaycan hökumətinə yardım edəcək”.

APA-nın məlumatına görə, bu barədə BMT-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Qulam İshaqzai Dövlət İdarəçilik Akademiyasında dövlət qulluqçuların təlim mərkəzinin açılışına həsr olunmuş tədbirdə söyləyib.

O, dövlət qulluqçularının peşəkarlığının təkmilləşdirilməsində təlim mərkəzinin əhəmiyyətinə toxunub: "Sirr deyil ki, Azərbaycanda dövlət qulluqçularının təlim mərkəzindən dövlət qulluğu sisteminin təkmilləşdirilməsində maraqlı olan digər region ölkələri də yararlana bilər. Ölkədə dövlət qulluqçuları üçün təlimin Avropa standartlarına uyğun gücləndirilməsi ilə əlaqədar Akademiyaya dəstək olmaq Azərbaycanda güclü dövlət qulluğu sisteminin yaradılmasına yol açacaq əhəmiyyətli bir işdir".

Avropa İttifaqının Azərbaycan nümayəndəliyin rəhbəri səfir Malena Mard isə bildirib ki, Avropa İttifaqı Azərbaycanda dövlət idarəçiliyi və bu sahədə bacarıqların təkmilləşməsi prosesinə yardım edir: "Avropa İttifaqının proqram və layihələri Azərbaycanın inkişafına yönəlik hədəflərə dəstəkdir".

Dövlət İdarəçilik Akademiyasının rektoru Urxan Ələkbərov isə bu mərkəzin açılışını Azərbaycanın inkişafında yeni mərhələ adlandırıb.

İsmayıl Fətəliyev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR