Moqerini: “Netanyahunun bəyanatı İranın nüvə razılaşmasının müddəalarını pozduğunu sübut etmir”

Moqerini: “Netanyahunun bəyanatı İranın nüvə razılaşmasının müddəalarını pozduğunu sübut etmir”
# 30 aprel 2018 22:51 (UTC +04:00)

İsrailin baş naziri Benyamin Netanyahunun səsləndirdiyi bəyanat İranın nüvə razılaşmasının müddəalarını pozduğunu sübut etmir.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Avropa diplomatiyasının rəhbəri Federika Moqerini bəyan edib.

“Netanyahunun bəyanatında eşitdiyim İranın Hərtərəfli Birgə Fəaliyyət Planına dair öhdəliklərini yerinə yetirmədiyini sual altına qoymadı”, deyə F.Moqerini vurğulayıb.

Qeyd edək ki, ötən gün Netanyahu rəsmi Tehranı nüvə silahlarının istehsalına dair arxivləri gizlətməkdə və gələcəkdə nüvə istehsalını bərpa etmək niyyətində olmaqda günahlandırıb.

İranın nüvə proqramı üzrə Hərtərəfli Birgə Fəaliyyət Planı 2015-ci ilin iyul ayında İran və altılıq ölkələri: Almaniya, Böyük Britaniya, Fransa, Çin, Rusiya və ABŞ arasında qəbul edilib. İyulun 20-də plan BMT Təhlükəsizlik Şurası tərəfindən təsdiq edilib. Razılaşmaya əsasən, İran nüvə silahının əldə edilməsindən imtina edir, qarşılığında isə sanksiyalar tədricən ləğv edilir. 2017-ci ildə ABŞ prezidenti Donald Tramp İranla bağlı yeni strategiyanı elan edib. D.Tramp İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib və gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR