Vergilər Nazirliyi 385 fiziki şəxsin ölkədən çıxışını məhdudlaşdırıb

Vergilər Nazirliyi 385 fiziki şəxsin ölkədən çıxışını məhdudlaşdırıb
# 25 oktyabr 2016 10:10 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Vergilər Nazirliyi vergi borcuna görə ölkədən getmə hüququ məhdudlaşdırılmış fiziki şəxslərin adını açıqlayıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, 24 oktyabr tarixinə vergi borcu olduğuna görə 385 şəxsin ölkədən çıxması qadağan edilib. Bu şəxslər arasında xarici ölkələrin 5 vətəndaşı da var.

Nazirlik vergi ödəyicilərinin borcunu açıqlamayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR