Bakı-Qazax magistral yolunda maşın aşıb, xəsarət alanlar var

Bakı-Qazax magistral yolunda maşın aşıb, xəsarət alanlar var
# 25 fevral 2017 06:17 (UTC +04:00)

Bakı-Qazax magistralında iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə, hadisə yolun 490-cı kilometrliyində, Qazax rayonu Yuxarı Salahlı kəndi ərazisində qeydə alınıb.

Şəmkir rayonu Keçili kənd sakini, 1986-cı il təvəllüdlü Ələkbərov Elsevər Rövşən oğlu idarə etdiyi “Nissan” markalı avtomobili yolun kənarına aşırıb.

Nəticədə sürücü və sərnişini, xalası oğlu, 1996-cı il təvəllüdlü Əjdərli Ülfət Yaqub oğlu müxtəlif bədən xəsarətləri ilə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər.

Sürücünün vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsində araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR