Qəzza zolağında baş verən toqquşmalarda ölən fələstinlilərin sayı 17-yə çatıb - YENİLƏNİB-1

Qəzza zolağında baş verən toqquşmalarda ölən fələstinlilərin sayı 17-yə çatıb - <span style="color: red;">YENİLƏNİB-1
# 31 mart 2018 04:16 (UTC +04:00)

İsraillə Qəzza zolağının sərhədində hərbçilərlə toqquşmalarda ölən fələstinlilərin sayı 17 nəfərə çatıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Fələstinin BMT-dəki daimi müşahidəçisi Riyad Mənsur bəyan edib.

“Hazırda toqquşmalar nəticəsində 17 fələstinlinin öldüyü təsdiqlənib. Onların arasında həddi -büluğa çatmayan uşaqlar da var. 1500-dək insan müxtəlif dərəcəli xəsarətlər alıb”, deyə R.Mənsur qeyd edib.

Qeyd edək ki, ötən gün Qəzza zolağında "Torpaq günü"nü qeyd edən minlərlə fələstinli qaçqınların doğma torpaqlarına qaytarılması tələbi ilə kütləvi aksiyalar keçiriblər.

Eyni zamanda Qəzza zolağında “Böyük qayıdış yürüşü” adlı kütləvi etiraz aksiyasına start verilib. Fələstinlilər aksiyanın mayın ortalarınadək davam edəcəyini bəyan ediblər.

***

23:54

Qəzza zolağında İsrail hərbçiləri ilə toqquşmalarda ölən fələstinlilərin sayı 16 nəfərə çatıb.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin Muxtariyyətinin Səhiyyə nazirliyi məlumat verib.

Son məlumatlara əsasən, kütləvi iğtişaşlar zamanı azı 1 400 fələstinli yaralanıb. Bundan əlavə, İsrail ordusu “HƏMAS” hərəkatı və “İslami Cihad” qruplaşmasının Qəzzadakı mövqelərini artilleriya atəşinə tutub.

Qeyd edək ki, Fələstin lideri Mahmud Abbas martın 31-i ümummilli matəm günü elan edib. Bu gün Qəzza zolağında ənənəvi "Torpaq günü"nü qeyd edən minlərlə fələstinli qaçqınların doğma torpaqlarına qaytarılması tələbi ilə kütləvi aksiyalar keçiriblər.

***

20:53

Qəzza zolağında İsrail hərbçiləri ilə fələstinlilər arasında baş verən toqquşmalar nəticəsində 11 nəfər ölüb, 600-dən çoxu xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin Muxtariyyətinin Səhiyyə nazirliyi məlumat verib.

Məlumata əsasən, İordan çayının qərb sahili və Qəzza zolağında vəziyyət cümə namazından sonra gərginləşib. İsrail hökuməti vəziyyətin gərginləşməsində “HƏMAS”ı günahlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR