Kreml: Ümid edirik ki, Avrasiya İqtisadi İttifaqı sammiti çərçivəsində Rusiya və Ermənistan liderlərinin görüşü olacaq

Kreml: Ümid edirik ki, Avrasiya İqtisadi İttifaqı sammiti çərçivəsində Rusiya və Ermənistan liderlərinin görüşü olacaq
# 08 may 2018 12:01 (UTC +04:00)

Kremldə Ermənistanın may ayında keçiriləcək Avrasiya İqtisadi İttifaqının sammitində iştirakını gözləyirlər.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov bildirib.

"Sözsüz ki, sammitdə Ermənistanın iştirakını gözləyirik. Ermənistan çox vacib iştirakçı və tərəfdaşdır. Bundan başqa, bir qayda olaraq belə tədbirlərdə əlbəttə ki, ikitərəfli görüşlər də keçirilir. Ona görə də Ermənistanı kimin təmsil etməsindən asılı olmayaraq, ümid edirik ki, ikitərəfli təmaslar da olacaq", - deyə Kremlin sözçüsü vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR