Neft hasilatının azaldılmasına nəzarət edəcək komissiya yaradılıb

Neft hasilatının azaldılmasına nəzarət edəcək komissiya yaradılıb
# 22 yanvar 2017 14:56 (UTC +04:00)

OPEK və OPEK-ə daxil olmayan ölkələrin neft hasilatına nəzarət üzrə Komitəsi neft hasilatının azaldılması üzrə Texniki nəzarət komissiyasının tərkibini təsdiq edib.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu bu gün Küveyt neft naziri Assam ər-Marzuk keçirdiyi mətbuat konfransında bildirib.

A. əl-Marzuk deyib ki, komissiyaya 5 ölkə daxil edilib. OPEK və OPEK-ə daxil olmayan ölkələrin neft hasilatı üzrə Komitəsi növbəti iclası martın ikinci yarısında Küveytdə keçiriləcək: “Komitənin iclası fevralda neft hasilatı üzrə məlumatlar təqdim edildikdən, yəni martın 17-dən sonra keçiriləcək”.

Qeyd edək ki, Komitənin bu gün keçirilən iclasından sonra yayılan bəyanatda bildirilir ki, OPEK Katibliyi üzv ölkələrin hasilatı barədə məlumatı növbəti ayın 17-dək təqdim edəcək, daha sonra isə xüsusi komitə bu hesabatı müzakirə edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR