Nazir: "Ötən il 934 kq narkotik dövriyyədən çıxarılıb"

Nazir: "Ötən il 934 kq narkotik dövriyyədən çıxarılıb"
# 27 yanvar 2017 13:56 (UTC +04:00)

“Ötən il narkotrafikə qarşı həyata keçirilən tədbirlərlə qeyri-leqal dövriyyədən 2015-ci illə müqayisədə 123 kiloqram çox, bütövlükdə, 934 kq narkotik vasitə çıxarılıb, 70 cinayətkar qrup zərərsizləşdirilib, 2573 nəfər məsuliyyətə cəlb olunub. Qanunsuz kultivasiya edilən və yabanı halda bitən 148 tona yaxın çətənə və xaş-xaş kolu aşkarlanaraq məhv edilib”.

APA-nın məlumatına görə, bunu daxili işlər naziri, general-polkovnik Ramil Usubov bu gün keçirdiyi kollegiya iclasında bildirib.

Nazir qeyd edib ki, insan alverinə qarşı mübarizədə 2015-ci illə müqayisədə ötən il 29,4 faiz çox və ya 141 cinayət müəyyən edilib, 22 nəfərdən ibarət 9 cinayətkar qrup zərərsizləşdirilib, bu əməllərin qurbanı olmuş 70 şəxsin cəmiyyətə reinteqrasiyası təmin edilib.

Ötən il respublikanın hüquq-mühafizə orqanları tərəfindən 34126 cinayət işinin istintaqı aparılıb ki, onların 80 faizi daxili işlər orqanları müstəntiqlərinin icraatında olub. Araşdırılmış cinayət işlərinin 42,8 faizinin istintaqı tamamlanaraq ittiham aktı ilə məhkəmələrə göndərilib. Vətəndaşlara dəymiş maddi ziyanın ödətdirilməsi isə 6,2 faiz yaxşılaşaraq 70,4 faiz təşkil edib.

Hesabat ilində respublikanın ərazi polis orqanlarına daxil olmuş 165 min 939 cinayət xarakterli məlumatın 91 faizi təhqiqatçılar tərəfindən araşdırılıb ki, bu da 2015-ci illə müqayisədə 29 faiz çox olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR