“Neftçi”də beş futbolçu əsas heyətdən uzaqlaşdırılıb

“Neftçi”də beş futbolçu əsas heyətdən uzaqlaşdırılıb
# 30 oktyabr 2016 15:35 (UTC +04:00)

“Neftçi”nin məşqçilər korpusu əsas komandanın 5 üzvünün əvəzedici heyətə göndərilməsi haqqında qərar qəbul edib. Apasport.az saytının məlumatına görə, bu barədə klubdan açıqlama verilib.

Belə ki, qapıçı Krşevan Santini, müdafiəçilər – Jayro Rodriges, Vançe Şıkov, Dario Melnyak və hücumçu Denilson Pereyra bir müddət əsas komandadan uzaqlaşdırılıb.

Buna səbəb bu futbolçuların son oyunlarda uğursuz çıxış etmələridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR