Qida Təhlükəsizliyi Agentliyinin sədri sahibkarlarla görüşüb

Qida Təhlükəsizliyi Agentliyinin sədri sahibkarlarla görüşüb
# 17 may 2018 12:59 (UTC +04:00)

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2018" və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisinin ikinci günündə sahibkarlarla görüşüb, stendlərlə tanış olub.

Bu barədə "APA-Economics"ə agentlikdən məlumat verilib. Sərgidə iştirak edən "Gilan Holdinq", "Özdad" MMC və digər şirkətlərin nümayəndələrini dinləyən agentlik sədri qida təhlükəsizliyi sahəsinin ölkə başçısının birbaşa diqqətində olduğunu vurğulayıb. O, qida təhlükəsizliyi ilə bağlı qarşıya qoyulan tələblər barədə söhbət açıb. Həmçinin, sədr müasir standartlara cavab verən, beynəlxalq bazarın tələblərinə uyğun, rəqabətə davamlı qida məhsullarının istehsalı ilə bağlı sahibkarlara tövsiyə verib.

Q.Təhməzli Agentlik tərəfindən gələcəkdə həyata keçiriləcək qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı və dövlət reyestrinin aparılması qaydaları və qida zəncirinin bütün mərhələlərində təhlükəsizliyin təmin olunması ilə bağlı sahibkarları məlumatlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR