Çavuşoğlu: “Azad Suriya Ordusu Əl-Baba yaxınlaşıb”

 Çavuşoğlu: “Azad Suriya Ordusu Əl-Baba yaxınlaşıb”
# 09 dekabr 2016 19:22 (UTC +04:00)

Azad Suriya Ordusu bizim də dəstəyimizlə Əl-Bab şəhərinə yaxınlaşıb.

APA-nın NTV telekanalına istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bəyan edib.

"Azad Suriya Ordusu bizim də dəstəyimizlə Əl-Bab şəhərinə yaxınlaşıb. Qısa müddət ərzində buradakı əməliyyatın tamamlanması nəzərdə tutulur. Menbiç şəhərinə bizim və ABŞ əsgərlərindən ibarət dəstə göndərilib. YPG-nin Fərat çayının şərqinə keçdiyindən əmin olanadək səylərimizi davam etdirəcəyik”, deyə M.Çavuşoğlu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR