"DəmirBank"ın səhmdarları iyunda ötən ilin yekunlarını müzakirə edəcək

"DəmirBank"ın səhmdarları iyunda ötən ilin yekunlarını müzakirə edəcək
# 12 iyun 2015 08:21 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. İyunun 27-də “DəmirBank” ASC-nin səhmdarlarının ümumi yığıncağı keçiriləcək.

Bankdan “APA-Economics”ə verilən məlumata görə, yığıncaqda bankın kənar auditor tərəfindən təsdiqlənmiş və Audit Komitəsi tərəfindən tövsiyə edilmiş illik maliyyə hesabatının təsdiqi, investisiya qiymətli kağızlar üzrə illik hesabatın təsdiq edilməsi gözlənilir.

Bundan başqa, yığıncaqda xüsusi əhəmiyyətli əqdlərin bağlanması, Müşahidə Şurasının üzvlərinin əmək və xidmət haqqının təsdiq edilməsi, mənfəətin bölüşdürülməsi məsələsinə də baxılacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR