Azərbaycanda Türkiyəyə məxsus tikinti şirkəti ləğv olunub

Azərbaycanda Türkiyəyə məxsus tikinti şirkəti ləğv olunub
# 04 aprel 2018 07:46 (UTC +04:00)

“Mim Mühəndislik İnşaat Çelik Endüstri Sanayi Ve Ticaret Anonim” şirkətinin azərbaycandakı filialı ləğv olunub.

Bu barədə “APA-Economics” “Vergilər” qəzetinin xüsusi buraxılışına istinadən xəbər verir.

Bildirilir ki, kreditorlar iki ay ərzində tələblərini Bakı şəhəri, Xətai rayonu 153, Nobel prospekti, ev 165 ünvanına bildirə bilərlər.

Qeyd edək ki, 2000-ci ildə yaranan “Mim Mühəndislik İnşaat Çelik Endüstri Sanayi Ve Ticaret Anonim” şirkəti istehsalat sahəsində layihələndirmə işləri ilə məşğul olur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR