Bakıda dəm qazından daha bir nəfər ölüb.
APA-nın məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonunda qeydə alınıb. Rayon sakini, 1975-ci il təvəllüdlü Məmmədov Əli Akif oğlunun meyiti yaşadığı evdə qohumları tərəfindən aşkarlanıb.
Meyitin ilkin müayinəsi zamanı Ə. Məmmədovun qəm qazından boğulduğu məlum olub.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda araşdırma aparılır.