Slovakiyada hərbi helikopter qəzaya uğrayıb, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb

Slovakiyada hərbi helikopter qəzaya uğrayıb, 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb
# 28 iyul 2015 20:02 (UTC +04:00)

Bakı-APA. Slovakiyanın Preşov şəhərində Mİ-17 tipli hərbi helikopterin qəzaya uğraması nəticəsində 1 nəfər ölüb, 2 nəfər xəsarət alıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Slovakiya ordusu Baş qərargah rəisinin müavini Peter Qaydoş bildirib.

“Preşov şəhəri yaxınlığında Slovakiya Hərbi-Hava Qüvvələrinə məxsus Mİ-17 helikopteri qəzaya uğrayıb. Birinci pilot hadisə zamanı həyatını itirib, ikinci pilot və texnik müxtəlif bədən xəsarətləri alıb”, deyə P.Qaydoş bildirib.

Hadisə ilə əlaqədar digər Mİ-17 tipli helikopterlərin uçuşuna müvəqqəti olaraq qadağa qoyulub. Qəzanın səbəbləri müəyyənləşdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR