Prokuror metroya bomba qoyacağı barədə yalan məlumat verməkdə təqsirləndirilən şəxsə 6 il həbs cəzası istəyib

Prokuror metroya bomba qoyacağı barədə yalan məlumat verməkdə təqsirləndirilən şəxsə 6 il həbs cəzası istəyib
# 19 oktyabr 2016 12:43 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində terrorçuluq barədə bilə-bilə yalan məlumat verməkdə təqsirləndirilən Fəqani İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.



APA-nın məlumatına görə, hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə məhkəmə istintaqının başa çatdığı elan edilib.

Prosesdə dövlət ittihamçısı çıxış edərək F. İsmayılovun cinayət işinin məhkəmədə də tam sübuta yetirildiyini deyib. O, F. İsmayılovun 6 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.



Məhkəmə prosesin oktyabrın 26-da davam etdiriləcək.



Qeyd edək ki, bu ilin fevral ayında naməlum şəxs DİN-ə zəng edərək metroya bomba qoyacağını deyib. "102" xidmətinə daxil olan zəngdən sonra araşdırmalara başlanılıb. Dövlət Təhlükəsizliyi Xidmətinin Abşeron Rayon Şöbəsi, DİN-in Abşeron Rayon Polis İdarəsi və Metropolitendə Polis Şöbəsinin birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində zəng edən şəxsin Abşeron rayonunun Saray qəsəbəsində yaşayan, İmişli rayon sakini 1977-ci il təvəllüdlü F.İsmayılov olması müəyyən edilib. Daha sonra həmin şəxs saxlanılıb.


O, Cinayət Məcəlləsinin 216-cı (terrorçuluq barədə bilə-bilə yalan məlumat vermə) maddəsi ilə ittiham olnur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR