Bank Of Baku

Azərbaycan və Türkiyə arasında icbari tibbi sığorta ilə bağlı tədbir keçirilib - FOTO

Azərbaycan və Türkiyə arasında icbari tibbi sığorta ilə bağlı tədbir keçirilib   - FOTO
# 08 fevral 2022 11:58 (UTC +04:00)

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi (İTSDA) və Türkiyə Respublikası Sosial Müdafiə Qurumu (SGK) tərəfindən “İcbari tibbi sığortanın maliyyələşdirilməsi, informasiya texnologiyaları və geri ödəmə sistemləri” mövzusunda tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə çıxış edən İTSDA-nın İdarə Heyətinin sədri Zaur Əliyev bildirib ki, Azərbaycan və Türkiyə arasında strateji əməkdaşlıq daşıyan əlaqələr qurulub və bu, sürətlə inkişaf edir:

"Bu, səhiyyə sahəsində də öz töhfəsini verir. Azərbaycanda çoxlu tələbələr Türkiyədə təhsil alıb. Bəziləri orda qalıb çalışır, bəziləri geri dönür. Pandemiya dövründə də Türkiyə ilə sıx əməkdaşlıq olub. Vaksinlərin verilməsində Türkiyənin böyük rolu olub. Türkiyə istehsalı olan vaksinin 3-cü faza sınaq mərhələsinin də Azərbaycanda keçirilməsi ilə bağlı danışıqlar olub. Bir çox sahələrdə sıx əməkdaşlıq var".

Z.Əliyev qeyd edib ki, bu il icbari tibbi sığortanın maliyyələşdirilməsi və informasiya texnologiyaları sahəsində fəaliyyət planı həyata keçiriləcək:
"Ötən il imzalanan Anlaşma Memorandumunun iki qurum arasında əlaqələrin daha da inkişaf etdirilməsi baxımından vacibdir".

Sədr işgüzar səfərin məhsuldar keçməsi üçün nümayəndə heyətinə hər cür dəstək olmağa hazır olduğunu vurğulayıb və onlara işlərində uğurlar arzu edib.

SGK-nın sədri Cevdet Ceylan Türkiyədə əhalinin sağlamlığının qorunması istiqamətində görülən tədbirlər barədə məlumat verib. O qeyd edib ki, 2012-ci ildən tətbiq ediləb icbari tibbi sığorta ilə cəmiyyətin bütün üzvlərinin iqtisadi gücündən və istəyindən asılı olmayaraq tibbi xidmətlərdən bərabər, əlçatan və effektiv faydalanması təmin edilir:

"Bunun nəticəsidir ki, Türkiyədə əhalinin 99 faizi universal tibbi sığorta ilə əhatə olunur. Bu sahədə əldə etdiyimiz 10 illik təcrübəni qardaş ölkə ilə bölüşəcəyimizdən məmnunuq".

Tədbir təqdimatlarla davam edib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR