Azərbaycanın Avstraliya səfirliyindəki keçmiş III katibi: “Nə müxalifətə keçmişəm, nə də sığınacaq tələb etmişəm”

Azərbaycanın Avstraliya səfirliyindəki keçmiş III katibi: “Nə müxalifətə keçmişəm, nə də sığınacaq tələb etmişəm”
# 11 sentyabr 2015 10:38 (UTC +04:00)

Bunu APA-ya açıqlamasında bu il iyunun 18-də Azərbaycanın Avstraliya İttifaqındakı səfirliyinin keçmiş III katibi vəzifəsindən kənarlaşdırılmış Fərid Sübhanverdiyev deyib.

O, mediada haqqında dolaşan müxtəlif əsassız və ziddiyyətli yazıların yayılmasından ciddi narahat olduğunu ifadə edib: “Hazırda Avstraliya Milli Universitetində Diplomatiya üzrə magistr təhsili alıram. 2 illik təhsilimi başa vurduqdan sonra bilik və bacarığımı dövlətimizin milli maraqlarının qorunması istiqamətində sərf etməyi planlaşdırıram”.

Qeyd edək ki, Azərbaycanın Avstraliya İttifaqındakı səfirliyinin keçmiş III katibi Fərid Sübhanverdiyev bu il iyunun 18-də vəzifəsindən azad edilib. Azərbaycanın Avstraliya İttifaqındakı səfirliyindən verilən məlumata görə, F. Sübhanverdiyev “Diplomatik xidmət haqqında”, “Dövlət qulluğu haqqında” və “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyihaqqında Əsasnamə”sinin müvafiq bəndlərinə əsasən işdən çıxarılıb: "O, tutduğu vəzifədən azad edilərək ezamiyyətdən geri çağırılıb, diplomatik xidmət orqanlarında qulluğuna xitam verilib. Həmin tarixdən etibarən o, səfirlikdə çalışmır".

Səfirliyin digər III katibi Anar Həsənov da vəzifəsindən kənarlaşdırılaraq, diplomatik xidmət orqanlarında qulluğuna xitam verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR