Neft bahalaşır

Neft bahalaşır
# 24 yanvar 2017 05:57 (UTC +04:00)

Dünya birjalarında neft bahalaşmaqdadır.

"APA-Economics" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,22 dollar və ya 0,42% artaraq 52,97 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri isə 0,26 dollar və ya 0,47% artaraq 55,49 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR