Azərbaycanın qeyri-neft sektoru üzrə ilkin gəlirlər balansında 399 mln. dollardan çox profisit yaranıb

Azərbaycanın qeyri-neft sektoru üzrə ilkin gəlirlər balansında 399 mln. dollardan çox profisit yaranıb
# 13 dekabr 2019 17:26 (UTC +04:00)

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın neft-qaz sektoru üzrə 1,8 mlrd. ABŞ dolları həcmində kəsir, qeyri-neft sektoru üzrə isə 399,4 mln. dollar profisit yaranıb.

"APA-Economics"in Azərbaycan Mərkəzi Bankına istinadən verdiyi məlumata görə, nəticədə, ilkin gəlirlər balansında kəsir 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 2,8% azalaraq 1,4 mlrd. dollar təşkil edib.

İlkin gəlirlər üzrə daxilolmaların və ödənişlərin ümumi dövriyyəsi 3,4 mlrd. dollar olub. Bunun 71,2%-i (2,4 mlrd. dolları) Azərbaycandan qeyri-rezidentlərə ödənişlər təşkil edib. Bu məbləğin isə əsas hissəsini (1 446,9 mln. dollarını) beynəlxalq neft-qaz konsorsiumları üzrə xarici investorların payına düşən gəlirlərin repatriasiyası (əsasən xam neft şəklində), qiymətli kağızlar portfeli üzrə qeyri-rezidentlərə ödənilən faizlər (356,1 mln. dollar), xarici kreditlərdən istifadəyə görə ödənilən faizlər (331,9 mln. dollar) və digər ödənişlər (292,6 mln. dollar) təşkil edib.

Bundan başqa, qeyri-neft sektoru üzrə isə ilkin gəlirlər balansında 399,4 mln. dollarlıq profisitin yaranmasının əsas səbəbi dövlət sektorunun idarəetmədən gəlirlərinin artması ilə əlaqədardır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR