Astarada 15 yaşlı qız intihara cəhd edib

Astarada 15 yaşlı qız intihara cəhd edib
# 01 dekabr 2016 09:51 (UTC +04:00)

Astarada intihara cəhd hadisəsi baş verib. APA-nın cənub bürosunun məlumatına görə, hadisə ötən gecə rayonun dağlıq Şümrü kəndində qeydə alınıb. Kənd sakini, 2001-ci il təvəllüdlü a Qızılgül Polad qızı Əliyeva ov tüfəngindən atəş açmaqla özünü öldürməyə cəhd edib. Hadisə barədə xəbər tutan yaxınları dərhal qızı Astara Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Qarnın ön divarının sol yarısını dəlib keçən güllə yarası diaqnozu ilə qoyulan Q.Əliyevaya ilkin tibbi yardım göstərildikdən sonra cərrahiyyə şöbəsinə yerləşdirilib. Həkimlərin müdaxiləsindən sonra qızın həyatı üçün yasranmış təhlükə sovuşub.

Hazırda Q.Əliyevanın vəziyyəti stabil qiymətləndirilir.

İlkin versiya kimi 15 yaşlı qızın özünü öldürməsinə cəhd eməsi onun valideynlərinin sevdiyi oğlanla ailə həyatı qurmasına razı olmadıqları göstərilir.

Faktı Astara Rayon Prokurorluğu tərəfindən araşdırma aparılır.

Ağəddin Babayev

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR