Diaqnostik qiymətləndirmədə iştirak üçün sənəd qəbulu başa çatır

Diaqnostik qiymətləndirmədə iştirak üçün sənəd qəbulu başa çatır
# 11 may 2018 13:42 (UTC +04:00)

“Diaqnostik qiymətləndirmədə iştirak üçün sənəd qəbulu may ayının 3-dən 11-nə kimi aparılır. Bu gün sənəd qəbulu başa çatır”.

APA-nın xəbərinə görə, bu barədə Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun nəzdində İnsan Resursları Mərkəzinin müdir əvəzi Murad Camalzadə bildirib. O deyib ki, sənəd qəbulu başa çatdıqdan sonra diaqnostik qiymətləndirmənin keçiriləcəyi dəqiq tarixi söyləmək mümkün olacaq: “Diaqnostik qiymətləndirmə may ayının 20-dən sonra keçiriləcək. Lakin dəqiq tarix bəlli deyil”.

M. Camalzadə qeyd edib ki, diaqnostik qiymətləndirmədə iştirak üçün 20 minə yaxın insanın elektron ərizəsi qəbul edilib: “Ümumilikdə isə 8 mindən artıq insanın elektron ərizəsi təsdiqlənib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR