Goranboyda fərdi evdə yanğın olub

 Goranboyda fərdi evdə yanğın olub
# 08 iyul 2017 01:23 (UTC +04:00)

Goranboyda yanğın hadisəsi qeydə alınıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, Goranboy şəhərində vətəndaşa məxsus ümumi sahəsi 144 m2 olan birmərtəbəli 5 otaq və aynabənddən ibarət evin mətbəxinin lambirdən tavanı 20 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:41-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR