Ukrayna Ali Radasının qarşısında saxlanılan etirazçılar sərbəst buraxılıb - YENİLƏNİB

Ukrayna Ali Radasının qarşısında saxlanılan etirazçılar sərbəst buraxılıb - <span style="color: red;">YENİLƏNİB
# 19 oktyabr 2017 04:02 (UTC +04:00)

Kiyevdə, Ukrayna Ali Radasının qarşısında saxlanılan 11 etirazçı sərbəst buraxılıb.

APA-nın UNİAN agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə “Yeni Qüvvələr Hərəkatı”nın “Feysbuk” səhifəsində bildirilib.

“Polis tərəfindən saxlanılan fəallar Ali Radasının qarşısındakı çadır şəhərciyinə qayıdıblar”, məlumatda deyilir.

Qeyd edək ki, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin lideri olduğu “Yeni Qüvvələr Hərəkatı” və digər müxalif partiyaların tərəfdarları Ali Radanın qarşısındakı Konstitusiya meydanında aksiya keçirir. Aksiya təşkilatçıları və iştirakçıları parlamentdən deputat toxunulmazlığını ləğv etməyi, seçki qanunvericiliyini dəyişməyi, eyni zamanda Antikorrupsiya Məhkəməsi yaratmağı tələb edirlər.

***

20:27

Kiyevdə Ukrayna Ali Radasının binası qarşısında keçirilən etiraz aksiyası zamanı 11 nəfər saxlanılıb.

APA-nın UNN agentliyinə istinadən verdiyi xəbərə görə, saxlanılanlar polisə idarəsinə gətirilib. Hələ ki, onların hansı maddələr üzrə ittiham olunduqları məlum deyil.

Bu gün axşam saatlarında xüsusi təyinatlılar Ali Radanın qarşısında qurulan çadırları dağıtmağa cəhd edib. Etirazçılara qarşı gözyaşardıcı qazdan istifadə edilib. İnsident nəticəsində deputat, “Samopomoş” partiyasının üzvü Yeqor Sobolev daxil olmaqla bir neçə nəfər xəsarət alıb.

Qeyd edək ki, Odessa vilayətinin sabiq qubernatoru Mixail Saakaşvilinin lideri olduğu "Yeni Qüvvələr Hərəkatı" və digər müxalif partiyaların tərəfdarları dünən səhərdən Ali Radanın qarşısındakı Konstitusiya meydanında aksiya keçirir. Aksiya təşkilatçıları və iştirakçıları parlamentdən deputat toxunulmazlığını ləğv etməyi, seçki qanunvericiliyini dəyişməyi, eyni zamanda Antikorrupsiya Məhkəməsi yaratmağı tələb edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR