Təhsil nazirinin müavini Moskvada səfərdə olub

Təhsil nazirinin müavini Moskvada səfərdə olub
# 18 aprel 2017 09:26 (UTC +04:00)

Təhsil nazirinin müavini Firudin Qurbanovun rəhbərlik etdiyi nümayəndə heyəti Moskvada işgüzar səfərdə olub. Təhsil Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, F. Qurbanov Rusiyanın təhsil və elm nazirinin müavini Pavel Zenkoviçlə görüşüb, təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib.

Səfər çərçivəsində nümayəndə heyəti Beynəlxalq Təhsil Salonunu gəzərək təhsil sahəsində aparıcı texnologiyaların və təcrübələrin nümayiş edildiyi stendlərlə tanış olub. Salonu ziyarət zamanı nazir müavini Firudin Qurbanov UNESCO-nun baş katibinin təhsil üzrə müavini Qian Tanqla işçi görüş keçirib.

Sərgi çərçivəsində Azərbaycan Texnologiya Universiteti ilə Rusiya Xalqlar Dostluğu Universitetinin birgə təşkil etdiyi stendə də baxış keçirilib.

Nümayəndə heyəti Azərbaycan diasporasının Rusiyadakı nümayəndələri ilə də görüşüb. Görüşdə Azərbaycan Texnologiya Universiteti ilə Rusiya Xalqlar Dostluğu Universitetinin əməkdaşlığının əsas məqsədləri və bundan yaranan yeni imkanlar barəsində məlumat verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR