Mahmud Məmmədquliyev: “Aİ və Azərbaycan arasında strateji tərəfdaşlığa dair növbəti danışıqlar dekabrda baş tutacaq”

Mahmud Məmmədquliyev: “Aİ və Azərbaycan arasında strateji tərəfdaşlığa dair növbəti danışıqlar dekabrda baş tutacaq”
# 04 dekabr 2017 17:20 (UTC +04:00)

"Avropa İttifaqı və Azərbaycan arasında strateji tərəfdaşlığa dair yeni sazişlə bağlı növbəti danışıqlar dekabrda olacaq".

APA-nın xəbərinə görə, bunu xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, dekabrın ortasında sazişlə bağlı sektoral bölmə üzrə müzakirələr olacaq.

Qeyd edək ki, növbəti danışıqların Brüsseldə keçirilməsi gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR