Elmar Məmmədyarov: "İnanıram ki, Cənub-Qərb dəhlizinin böyük gələcəyi var"

Elmar Məmmədyarov: "İnanıram ki, Cənub-Qərb dəhlizinin böyük gələcəyi var"
# 16 mart 2018 09:11 (UTC +04:00)

"Bu ayın axırı İran prezidenti Azərbaycanda rəsmi səfərdə olacaq. Artıq Rəşt-Astara dəmiryolunun tikintisinə kreditin ayrılması barədə sənədi paraflayıb. 3 il ərzində bu tikintinin başa çatması nəzərdə tutulub. Daha sonra imkanlar daha da artacaq".

APA-nın məlumatına görə, bunu xarici işlər naziri Elmar Məmmədyarov deyib.

Onun sözlərinə görə, yeni Cənub-Qərb dəhlizinə əsas Hindistan maraq göstərir.

"Hindistanın Mumbai şəhərindən Avropaya yüklərin daşınması 60 gündən çox çəkir. Vyetnam da layihəyə maraq göstərir. Mən ötən il orada olanda onlar dedilər ki, onların eksport potensialı 204 milyard dollardır. Bunun 44 milyard dolları isə Avropaya göndərilən malların payına düşür. İnanıram ki, bu dəhlizin böyük gələcəyi var. Belə bir imkan Bakı-Tbilisi-Qars açılandan sonra yarandı. BTQ dünyanın nəqliyyat xəritəsini dəyişəcək", - deyə nazir vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR