Bank Of Baku

Saatlıda naməlum avtomobil piyadanı vuraraq ağır yaralayıb

Saatlıda naməlum avtomobil piyadanı vuraraq ağır yaralayıb
# 08 avqust 2021 02:20 (UTC +04:00)

Saatlıda piyadanı avtomobillə vuran sürücü hadisə yerindən yayınıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Saatlı rayonunun Nərimankənd kəndində qeydə alınıb.

Naməlum avtomobil Saatlı rayonunun Musalı kənd sakini, 1982-ci il təvəllüdlü Elçin Məmmədovu vurub və hadisə yerindən qaçıb. Ağır kəllə-beyin travması alan Elçin Məmmədov Şirvan Şəhər Mərkəzi Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR