Azərbaycan Pekində 15-ci beynəlxalq kitab festivalında təmsil olunur

Azərbaycan Pekində 15-ci beynəlxalq kitab festivalında təmsil olunur
# 24 avqust 2017 09:38 (UTC +04:00)

Çinin paytaxtı Pekində 15-ci beynəlxalq kitab festivalı başlayıb.

Dünyanın 89 ölkəsindən 2500 iştirakçının təmsil olunduğu festival-sərgidə ölkəmizin Pekindəki səfirliyinin təşkilatçılığı ilə Azərbaycan guşəsində 1000-dən çox kitab və jurnal nümayiş olunur.

Səfirlikdən APA-ya verilən məlumata görə, Azərbaycan guşəsindəki kitablar arasında Heydər Əliyevin həyatından bəhs edən nəşrlər üstünlük təşkil edir.

Bundan başqa, ölkəmizin tarixinə, mədəniyyətinə, ədəbiyyatına, xalçaçılıq sənətinə, turizm potensialına, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin səbəb və nəticələrinə dair kitab, jurnal və broşürlər nümayiş olunmaqla yanaşı, sərgi ziyarətçilərinə paylanılır. Sərgidə ölkəmiz haqqında çin, rus və ingilis dillərində ensiklopedik xarakterli nəşrlər də nümayiş olunur.

Çinli və xarici ziyarətçilər Azərbaycan guşəsinə böyük maraq göstərirlər.

Festival 5 gün davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR