Azərbaycan xam neftdən gəlirini 29% artırıb

Azərbaycan xam neftdən gəlirini 29% artırıb
# 10 iyul 2017 09:19 (UTC +04:00)

Bu ilin yanvar-iyun ayları ərzində Azərbaycan 3 mlrd. 839 mln 227,7 min dollar dəyərində 9 mln. 707 min 174,36 ton xam neft ixrac edib.

"APA-Economics" Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı statistikaya istinadən xəbər verir ki, bu, həcm baxımından ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 934 min 921,58 ton və ya 8,78% azdır, məbləğ baxımından isə 858 mln. 247,9 min dollar və ya 28,79% çoxdur.

Qeyd edək ki, 2016-cı ilin yanvar-iyun ayları ərzində Azərbaycandan xarici ölkələrə 2 mlrd. 980 mln. 979,8 min dollar dəyərində 10 mln. 642 min 95,94 ton xam neft ixrac edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR