Lavrov Azərbaycan-Rusiya-Türkiyə formatının yaradılmasının mümkünlüyünə münasibət bildirib

Lavrov Azərbaycan-Rusiya-Türkiyə formatının yaradılmasının mümkünlüyünə münasibət bildirib
# 20 noyabr 2017 11:05 (UTC +04:00)

“Hər bir formatın dəyəri olmalıdır”.

APA-nın məlumatına görə bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan-Türkiyə-Rusiya formatının yaradılmasının mümkünlüyü ilə bağlı suala cavabında deyib.

Nazir bildirib ki, hazırda mövcud olan Rusiya-Azərbaycan-İran formatı tərəflərin qarşılıqlı maraqları əsasında yaranıb: “Bu əməkdaşlıq xüsusilə beynəlxalq nəqliyyat dəhlizinin müvafiq hissəsinin qurulmasına yönəlib. Müxtəlif üçlüklər yaratmaq olar, əsas odur ki, məzmun olsun”.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə deyib ki, Azərbaycan-Türkiyə-Rusiya formatı Bakı-Tbilisi-Qars dəmir yolu ilə Rusiyaya məxsus yüklərinin Türkiyə və Aralıq dənizinə çatdırılması üçün yaradıla bilər: “Üçtərəfli formatlar özünü doğruldub. Türkiyə-Azərbaycan-Gürcüstan ilk bu tip formatlardan biridir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR